Norveçə turizm gedən Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Norveç hökuməti qərar qəbul edib.
Bildirilib ki, qohumlarını ziyarət etməyə, iş və ya təhsil məqsədi ilə ölkəyə gedən Rusiya vətəndaşları üçün istisnalar tətbiq oluna bilər.
Hökumətin yeni qərarı mayın 29-da qüvvəyə minəcək.