Norveç Rusiya sualtı qayıqlarından qorxdu

Norveç Rusiya sualtı qayıqlarından qorxdu

Norveç Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, vitse-admiral Rune Andersen Rusiyanın müasir sualtı qayıqlarından narahatlığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə TV2 kanalı məlumat verib.

Kanalın məlumatına görə, Rusiyanın “Severodvinsk” və “Yuri Dolqoruki” atom sualtı qayıqları tez-tez Atlantik okeanının şimal və cənub hissələrinə növbətçiliyə çıxırlar.

Vitse-admiral rus sualtı qayıqlarının səssiz və müasir raketlərlə təchiz olunduğunu bildirib.

Onun sözlərinə görə, bu cür sualtı qayıqlar Avropa və ABŞ-ın strateji hədəfləri üçün təhlükə törədə bilər.

Teqlər: