Norveç neft və qaz hasilatının həcmlərini artıracaq.
Trend-in
məlumatına görə, bunu ölkənin maliyyə naziri Slaqsvoll Vedum
deyib.
O bildirib ki, bu qərar Rusiyanın Polşa və Bolqarıstana qaz
nəqlini dayandırması ilə bağlı verilib.
“Norveç nefti və qazı bizim Avropanın stabilliyinə vacib
töhfəmizdir. Ölkədə yüksək və neft və qaz hasilatı templərini
saxlamaq vacibdir”, – nazir deyib.
Qeyd edək ki, Norveçdə bu ilin martında qaz hasilatı fevralla
müqayisədə 3,3 faiz azalaraq 336,7 milyon kubmetr təşkil etmişdi.
Neft hasilatı isə 2,1 faiz azalaraq 1,744 milyon barel olmuşdu.
Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti rublla ödəniş
etmədikləri üçün Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb.