Norveç Kralı koronavirusa yoluxub

Norveç kralı V Haraldın COVID-19 testi müsbət çıxıb.

Trend xəbər verir ki, bu barədə Associated Press agentliyi kral
evinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, kralın vəziyyəti normaldır və onda xəstəliyin
yüngül əlamətləri müşahidə edilir.

V Harald vəzifəsinə bir neçə gün fasilə verəcək, monarxın bütün
funksiyalarını müvəqqəti olaraq onun oğlu və taxtın varisi Şahzadə
Hokon yerinə yetirəcək.

Qeyd edək ki, 85 yaşlı kral koronavirusa qraşı üç doza peyvənd
qəbul edib.