Finlandiyanın ardınca Norveç də Rusiya ilə sərhədi bağlamağa hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qara Styöre deyib.
O bildirib ki, lazım gəldiyi təqdirdə Rusiya ilə sərhəddəki “Sturskuq” nəzarət-buraxılış məntəqəsi bağlana bilər.
Styöre Finlandiya və Estoniyadakı situasiyanı diqqətlə izlədiklərini də vurğulayıb.