Normallaşma prosesinin aktivləşməsini alqışlayırıq – Hoca

Normallaşma prosesinin aktivləşməsini alqışlayırıq – Hoca

Mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayırıq.

AzerTimes xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Azərbaycan və Ermənistan liderləri 1991-ci il tarixli Almatı bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyiblər. Tərəflərin qonşuların suverenliyi, ərazi bütövlüyünə hörmətin etməsi, mübahisələrin dinc yolla həllinə hazırlıqlı olması çox vacibdir. Hər iki tərəfin kompleksli sülh müqaviləsinə nail olmaq üçün uzunmüddətli danışıqlar planına sadiqliyini alqışlayırıq”, – diplomat vurğulayıb.

Teqlər: