Norm Sement zavodunda ətraf mühitin mühafizəsi, təbii sərvətlərinin qorunması mövzusunda görüş keçirilib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə“Norm”
ASC-nin sement zavodunda ölkəmizin təbii sərvətlərinin qorunması,
faydalı qazıntı ehtiyatlarından səmərəli istifadə və ətraf mühitin
mühafizəsi mövzusu ətrafında növbəti görüş baş tutub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və
şirkət rəhbərliyinin iştirakı ilə zavod ərazisində ağaclar əkilib.
Daha sonra zavod ərazisinin yaşıllaşdırılması və mövcud su
mənbələrindən səmərəli istifadə məsələləri üzrə gələcək əməkdaşlıq
imkanları müzakirə olunub.

Şirkət rəhbərliyi tərəfindən dövlət rəsmilərinə zavodda gedən
istehsal prosesinin əyani təqdimatı keçirilib. Fəaliyyəti zamanı
daim ətraf mühitə zərərin minimuma endirilməsinə fokuslanan “Norm”
Sement zavodunun rəhbərliyi ənənəyə sadiq qalaraq, bu dəfə
ölkəmizdə faydalı qazıntı yataqlarının istismarı nəticəsində
yığılıb qalan təbii tullantıların zavod tərəfindən istehsala cəlb
edilməsi təklifi ilə çıxış edib. Təklif nümayəndə heyəti tərəfindən
müsbət qarşılanıb.

Norm Sement zavodunun Cənubi Qafqaz regionunda istehsal etdiyi
quyu-tamponaj sementi üzrə Amerika Neft İnstitutu (API) tərəfindən
uyğunluq sertifikatına layiq görülən ilk sement istehsalçısı olması
ziyarətçilərin təqdirinə səbəb olub.

Tədbirin sonunda “Norm” ASC-nin alternativ enerjidən, o cümlədən
günəş panellərindən əldə olunan yaşıl enerjidən istifadə üzrə
gələcək planları ətraflı müzakirə edilib, rəsmi nümayəndə heyəti
tərəfindən təkliflər irəli sürülüb.

Qeyd edək ki, istehsal gücü gündə 5300 ton klinker, ildə 2,1
milyon ton sement olan Norm Sement zavodunda istehsal prosesi
beynəlxalq standartlara uyğun, avtomatlaşdırılmış, təhlükəsiz və
peşəkar qaydada təşkil edilib.

Teqlər: