Nokia-9 üstünlüyünü göstərdi

Nokia-9 üstünlüyünü göstərdi

“Nokia 9” smartfonu “Geekbench” bençmarkında (məhsuldarlıq testi) rekord əldə edib.

“Nokia 9” flaqmanı testdə 7770 bal yığaraq məhsuldarlıq üzrə “Samsung Galaxy S8” və “iPhone 7”ni ötüb. “iPhone” yalnız 6083 bal toplaya bilib.

“Nokia”nın yeni flaqmanı “Snapdragon 835” prosessoru ilə təchiz olunub, 4 Gb operativ yaddaşa malikdir və “Android 7.1.1” əməliyyat sistemi ilə çalışır. Smartfonun rəsmi təqdimatı payızda keçiriləcək.

Onu da qeyd edək ki, Finlandiyanın “Nokia” şirkəti və ABŞ-ın “Apple” korporasiyası patent hüquqlarının pozulması məsələsi ilə bağlı yaranmış mübahisəni həll ediblər.

Şirkət rəsmiləri əməkdaşlıq haqqında razılığa gəliblər.

Xatırladaq ki, ötən ilin sonunda “Nokia” “Apple” şirkətinə qarşı 11 ölkədə patent hüququnun pozulması ilə bağlı məhkəmə iddiası qaldırıb. Finlandiya şirkəti “Apple”ın mobil cihazlarının bir sıra elementlərinə öz iradlarını bildirib.

Əldə olunmuş razılığa əsasən “Nokia” “Apple” üçün şəbəkə infrastrukturu sahəsində bəzi məhsullar və xidmətlər təqdim edəcək. Həmçinin, iki şirkət sağlamlıq üçün elektron məhsullar sahəsində birgə fəaliyyət göstərəcəklər.