Nohur gölü daşdı, istirahət komplekslərinə ziyan dəydi

Nohur gölü daşdı, istirahət komplekslərinə ziyan dəydi

Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohur gölün daşmasına səbəb olub.

AzerTimes APA-ya istinadla xəbər verir ki, hazırda gölün səviyyəsində orta hesabla 1.5 metr və ya 2 metr kimi yüksəlmə müşahidə olunur.

Göldə su səviyyəsinin qalxması nəticəsində, gölün ətrafında olan istirahət komplekslərinə ziddi ziyan dəyib. Göl genişlənərək 180-200 metr irəliləyib.

Hazırda FHN-in Şimal Qərb Regional Mərkəzininn Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən gölün suyunun pompalanması istiqamətində işlər davam etdirilir.

Teqlər: