Nobel mükafatı alan ilk türk yazıçı – Orxan Pamuk

Nobel mükafatı alan ilk türk yazıçı – Orxan Pamuk

Bu gün türkiyəli dünya şöhrətli yazıçı Orxan Pamukun 70 yaşı tamam olur.

AzerTimes Orxan Pamuk haqda 7 faktı təqdim edir.

– Yazıçı türk dünyasının ədəbiyyat nümayəndələri arasında Nobel mükafatına layiq görülmüş ilk və yeganə şəxsdir.

– 2006-cı ildə “Taym” jurnalının keçirdiyi sorğuda Orxan Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxil olub.

– Yazıçının Şərq və Qərb ruhunu özündə əks etdirən XVI əsr İstanbulunun bitib-tükənməz sirrlərindən söz açan “Mənim adım qırmızı” romanına görə o, dünya ədəbiyyatının tanınan simalarından birinə çevrilir. Əsər bir il ərzində 24 dilə tərcümə olunub.

– Orxan Pamuk Azərbaycan Yazıçılarının 2004-cü ildə keçirilmiş XI Qurultayında iştirak edib və AYB-nin fəxri üzvü seçilib. O günü xatırlayan yazıçı belə deyir:

“Zala daxil olanda 300-400 nəfər var və hamısı şair, yazıçı idi. Maraqlıdır ki, 2004-cü ildə yazıçılarınız məni “Nobel alacaq ilk türk” deyə təqdim edib, alqışladılar. O zamanlar hələ “Nobel” alacağıma dair güclü ehtimal yox idi. Mən iki il sonra o alqışların haqqını verdim”.

– 2003-cü ildə çap olunan “İstanbul: xatirələr və şəhər” romanı onun 23 yaşına kimi həyatı barədə yazdığı xatirə kitabıdır.

– Orxan Pamuk 2012-ci ildə “Məsumiyyət muzeyi” adlı romanının sonluğundan ilhamlanaraq muzey açır. Məkan 2014-cü ildə Avropa Muzeylər Fondu tərəfindən Avropanın ən mükəmməl muzeyi olaraq seçilir.

– Sənət həyatına rəsm çəkməklə başlasa da, 22 yaşında sonra yazıçı olmağa qərar verir.

Teqlər: