Nobel mükafatçısı aclıq aksiyasına başladı

Nobel mükafatçısı aclıq aksiyasına başladı

Tehranın Evin həbsxanasında saxlanılan Nobel mükafatçısı və siyasi məhbus Nərgiz Məhəmmədi bu gün səhərdən aclıq aksiyasına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məcburi hicab qaydalarını pozduğu üçün Məhəmmədinin tibb məntəqəsinə köçürülməsinə icazə verilməyib, o da bu vasitəyə əl atıb.

Siyasi məhbusun ürək çatışmazlığı və tənəffüs problemi xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müayinə və müalicəsinə icazə verilmir.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. Məhəmmədi son məhkumluq dövründən əvvəl də 5 il yarım məhkumluq dövrü yaşayıb.

Teqlər: