“Njde” Moskvada oynaya bilmədi: bomba həyəcanı verildi

“Njde” Moskvada oynaya bilmədi: bomba həyəcanı verildi

Bu gün axşam saatlarında “Njdeh” erməni rəqs qrupunun Moskvada keçirməyi nəzərdə tutduğu konsert öncəsi insident yaşanıb.

AzerTimes xəbər verir ki, konsertin keçirilməli olduğu “İzmailovo” konsert zalının işçiləri və qonaqlar bomba təhlükəsi səbəbindən təxliyə edilib.

TASS-sın yaydığı məlumata görə, hazırda əməliyyat xidmətlərinin ekspertləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada “Oxotnıy Ryad” da daxil olmaqla, 10-a yaxın ticarət mərkəzini mina məlumatına görə yoxlayırlar.

“Hazırda bomba təhlükəsi ilə bağlı anonim xəbərlər daxil olduqdan sonra Moskvanın müxtəlif rayonlarında, o cümlədən paytaxtın mərkəzindəki Oxotnıy Ryadda təxminən on ticarət mərkəzində partlayıcı əşyaların və partlayıcı maddələrin olub-olmaması yoxlanılır”, – agentliyin məlumatında deyilir.

Qeyd edək ki, alman faşistlərinin cərgəsində döyüşən və əsirlərin amansızlıqla qətlə yetirilməsində xüsusi fərqlənən Qaregin Njdeni ermənilər qəhrəmana çevirməkdə davam edirlər. Rusları qətlə yetirən, faşizmə xidmət edən Njdenin adını daşıyan bir qrupun Moskvada konsert verməsinə qarşı rusiyalı ekspertlər də etirazlar etmişdilər.

Teqlər: