Nizamidə yaşıllıq ərazisi məhv edilir – Foto

Nizamidə yaşıllıq ərazisi məhv edilir – Foto

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yaşıllıq ərazi məhv edilərək, yerində ticarət obyekti tikilir.

Bu barədə AzerTimes-a daxil olan şikayətdə qeyd olunub.

Bildirilib ki, ərazi SOCAR-ın sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlova məxsusdur:

“Bədəlov orada yeni ticarət obyekti inşa etdirmək üçün torpaq sahəsi əldə edib. Həmin ərazidə Bədəlovun adamları yaşıllığı məhv edib, ağacları kəsiblər. Bu azmış kimi, indi də həmin torpaq sahəsinin ərazisini qanunsuz şəkildə və zorakı üsullarla genişləndirməyə çalışır. Onun adamları ətrafda başqalarına məxsus olan əmlaka zərər vurur, insanlara narahatlıq yaradırlar. Bunun səbəbini soruşduqda, açıq şəkildə “Bədəl müəllimdən tapşırıq almışıq” deyirlər. Maraqlıdır ki, bu qanunsuz davranışlara Nizami Rayon İcra Hakimiyyəti də göz yumur”.

Teqlər: