Nizami rayonunda quldurluq edən şəxs saxlanıldı

Nizami rayonunda quldurluq edən şəxs saxlanıldı

Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Teqlər: