Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin növbəti mərhələsinə keçilib.
Bakı Şəhər İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, yeni layihənin Nizami rayonunda tətbiqinin ilk günlərindən müsbət nəticələr əldə edilib.
Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nizami rayonunda ilk gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib.