Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? – Foto

Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? – Foto

Nizami Gəncəvi Məqbərə Kompleksi Gəncə şəhərinin Nizami Gəncəvi prospektində yerləşir. Kompleksin ümumi ərazisi 10,5 hektar təşkil edir. Ərazidə mütəmadi olaraq təmizlik işləri aparılır, yaşıllıqlara daimi qulluq göstərilir.

Bu barədə AzerTimes-a Gəncə Şəhər İcra Hakimiyyətindən jurnalist İlqar İlkinin məqbərənin baxımsız olması ilə bağlı iradlarına cavab olaraq bildirilib.

Qeyd edilib ki, jurnalist İlqar İlkinin şəklini çəkdiyi ərazi Nizami Gəncəvi Məqbərə Kompleksinə daxil deyil:

“Fotoda görünən məhəccərlər Nizami Gəncəvi Məqbərə Kompleksinin xidməti girişinin olduğu arxa hissədə yerləşir. Ərazidə aparılan abadlıq işləri çərçivəsində bu hissədə də məhəccərlər rənglənəcək”.

Qeyd edək ki, jurnalist İlqar İlkin öz Feysbuk səhifəsində Nizami Gəncəvi Məqbərə Kompleksinin baxımsız olmasından şikayətlənmişdi: “Yol üzərində aydın olmayan giriş qapısını tapa bilmədiyimizdən təkrar geri qayıtmalı olduq. Yenə də yanlışlıqla məqbərənin ancaq yan hissəsinə gəlib çıxa bildik. Baxımsızlıq, ot basmış, paslı, rəngi getmiş dəmir məhəccərləri görəndə böyük xəyal qırıqlığına uğradım”.

Teqlər: