Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyyəti Bled Strateji Forumunda iştirak edib (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyyəti Sloveniyada keçirilən Bled Strateji Forumunda iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AzerTimes-a verilən məlumata görə, Sloveniya Hökümətinin Avropa Birliyi rəhbərliyinə və Avropanın Gələcəyi mövzusunda təşkil olunan Bled Strateji Forumunda Avropanın Gələcəyi üçün sabiq Liderlərin Təcrübəsi, Daha yaşı gələcək üçün COVİD-19 pandemiyasından sonrakı bərpa prosesi, Avropa Birliyinin Genişləndirilməsi, Ətraf Mühit, Aralıq Dənizi – Geostrateji şahmat lövhəsi, Digital dünyada Avropanın xarici təhlükəsizliyi kimi mövzular müzakirə edilmişdir.

Forum çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibliyinin nümayəndə heyyəti Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev, Bosniya və Herzegovinanın Prezidenti cənab Şəfik Dzaferoviç, Şimali Makedoniyanın Baş Naziri cənab Zoran Zaevlə görüşlər keçirmişdir.


Görüş zamanı VIII Global Bakı Forumuna hazırlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hazırladığı Qərbi Balkanlar hesabatı və Mərkəzin BMT-nin Baş Assambleyası çərcivəsində təşkil edəcəyi XXI Ali Səviyyəli toplantı müzakirə edilmişdir.

Teqlər: