Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə
Heyətinin üzvlərindən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Biz ölkənizin milli bayramı – Müstəqillik Gününü Azərbaycan
xalqı ilə birgə qeyd edir və bu münasibətlə Zati-alinizə, Birinci
vitse-prezidentə təbriklərimizi çatdırırıq.

Dünyanın qarşılaşdığı təhdid və çağırışlara baxmayaraq,
Azərbaycanın ötən otuz il ərzində qazandığı böyük nailiyyətləri
yüksək qiymətləndiririk.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi
istiqamətində göstərdiyiniz səylərə görə Sizə səmimi-qəlbdən
minnətdarlığımızı çatdırmaq istərdik. İnanırıq ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin gücləndirilməsi işini birgə davam etdirəcəyik
və daha uğurlu nailiyyətlərə imza atacağıq.

Bu ilin iyun ayında IX Qlobal Bakı Forumunda iştirak etməyi və
Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik.

Cənab Prezident, xahiş edirik ən yüksək ehtiramımızı qəbul
edin”.

Teqlər: