Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Bosniya və Herseqovina Prezidenti ilə görüşüb (FOTO)

Bosniya və Herseqovina Prezidentliyinin Rəyasət Heyətinin sədri
Şəfik Dzaferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi
Rövşən Muradovu qəbul edib.

Qəbul zamanı Prezident Şəfik Dzaferoviçlə mərkəzin Qərbi
Balkanlardakı fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin
himayəsi ilə keçirilən VIII Global Bakı Forumunun artan əhəmiyyəti
müzakirə edilmişdir.

VIII Qlobal Bakı Forumunun yekunları və qarşıda gələn IX Qlobal
Bakı Forumunun gündəliyi dünyada sülhün, təhlükəsizliyin təmin
olunması, müxtəlif regionlarda davam edən münaqiəşələrin həlli
yolları ilə bağlı irəli sürülən ideya və təşəbbüslərin əhəmiyyəti
vurğulanıb.

Bosniya və Herseqovina Prezidenti Şəfik Dzaferoviçə Nizami
Gəncəvinin 880 illiyinə həsr olunan Qələmin Sehri kitabının xüsusi
nəşri təqdim olunmuşdur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi
Rövşən Muradov Bosniya və Herseqovinanın sabiq Prezidenti, Mərkəzin
üzvü Mladen İvaniç və sabiq Baş nazir Zlatko Laqumdziya ilə də
görüşüb.

Teqlər: