Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi BMT-nin Cenevrə ofisinin baş direktoru tərəfindən qəbul edilib (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya tərəfindən qəbul edilib.

Mərkəzdən AzerTimes-a bildirilib ki, görüş zamanı mövcud tərəfdaşlıq müzakirə edilərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir sıra konfranslarına verdiyi dəstəyə və iştirakına görə Mərkəzin həmsədrləri adından xanım Tatyana Valovaya təşəkkürünü bildirdi.

Xanım Tatyana Valovaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son təşəbbüsləri, xüsusən də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: Regional İnkişaf və Gələcəyin perspektivi” adlı veb konfransı haqqında məlumat verərək, yeni nəşr olunmuş hesabatı təqdim etdi.

Baş katib Rövşən Muradov, o cümlədən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumuna xüsusi dəvətnaməni təqdim edərək, forumun hazırlığı və müzakirə movzuları ilə bağlı məlumat verdi.


Növbəti görüş Baş Direktorun Ofis rəhbəri, Dr. David Chikvaidze ilə keçirildi, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri və BMT-nin Cenevrə Ofisinin bu təşəbbüslərə cəlb olunması müzakirə edildi.

Teqlər: