Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 6-9 Aprel 2022-ci il tarixində
Yunanıstanın Delfi şəhərində illik təşkil olunan VII Delfi İqtisadi
Forumuna tərəfdaşlıq edəcəkdir.
Yunanistan Prezidentinin himayəsi ilə təşkil olunan “VII Delfi
İqtisadi Forumu: Yeni Reallıqlar” forumu müzakirələrdə dünyanın 36
ölkəsindən 760 iştirakçinı cəlb edəcək.
“Yeni Reallıqlar” adı altında 7-ci Delfi İqtisadi Forumu Avropa
prezidentləri, baş nazirlər, Aİ komissarları və nazirlər, eləcə də
elm adamları, universitet professorları, sahibkarlar və bir çox
başqaları daxil olmaqla, siyasət sahəsindən görkəmli şəxsiyyətlərə
ev sahibliyi edəcək.
Onların arasında Birləşmiş Millətlər Təşkilatının Cenevrə
Ofisinin Baş Direktoru Tatyana Valovaya; Avropa Komissiyasının
icraçı vitse-prezidenti Valdis Dombrovskis; OECD Baş Katibi Mathias
Cormann; və Beynəlxalq Enerji Agentliyinin icraçı direktor müavini
Meri Burs Uorlik.
Forumda həmçinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və
Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulou,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qonaqı olaraq Bosniya və
Herseqovinanın rəyasət Heyyətinin Sədri Şəfik Dzaferoviçdə iştirak
edəcək.
Dörd gün davam edəcək forumun gündəliyinə pandemiyanın qlobal
təsiri, habelə Ukrayna-Rusiya böhranının Avropa və dünyanın qalan
hissəsi üçün nəticələrinə dair panel müzakirələri daxildir.
Müzakirələr aşağıdakı mövzular ətrafında inkişaf edəcək:
– Beynəlxalq təhlükəsizlik
– Qlobal iqtisadiyyat
– İqlim böhranı
– AB: Avropanın gələcəyi
– Texnoloji dəyişiklik və iqtisadi transformasiya
– Yunanıstan: Güclü və sabit bərpaya doğru kurs
– İnsanlar və cəmiyyət.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq
Prezidenti Kolinda Grabar Kitaroviç, Bosniya və Herseqovinanın
sabiq Prezidenti Mladen İvaniç və sabiq Baş naziri Zlatko
Laqumdziya, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Ərəb
Liqasının sabiq Baş Katibi Amre Moussa, İsrailin sabiq Xarici İşlər
naziri Tzipi Livni, BMT-nın 73-cü Baş Assambleyasının Prezidenti
Maria Fernanda Espinoza, Xorvatiyanın sabiq Prezidenti İvo
Yosipoviç, Gürcüstanın sabiq Baş Nazir müavini Eka Tkelaşvili,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov
iştirak edəcəklər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Delfi
İqtisadi Forumu VIII Qlobal Bakı Forumu çərcivəsində strateji
tərəfdaşlıq memorandumu imzalamışdır.