Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nın Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı IX Qlobal Bakı Forumuna hazırlıq və tərəflər
arasında gələcək əməkdaşlığın tənzimlənməsi məqsədilə birgə İşçi
Qrupu yaradır.
Mərkəzdən AzerTimes-a bildirilib ki, İşçi Qrupu Mərkəzlə FAO
arasında əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, IX
Qlobal Bakı Forumu çərçivəsində dünyada artan ərzaq təhlükəsizliyi
probleminə həsr olunmuş müzakirələrin və birgə əməkdaşlıq üçün
anlaşma memorandumunun hazırlanması ilə məşğul olacaqdır.
Bununla əlaqədar olaraq, görülən işlər və nəzərdə tutulan
tədbirlərin müzakirə olunduğu görüşdə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin Həm-sədri Dr. İsmail Seragəldin, BMT-nın Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının baş alimi Dr. İsmihan Elouafi və Mərkəzin
üzvləri – Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko
Laqumciya, Mavritaniyanın sabiq Prezidenti Amina Qurib-Fakim və
Mərkəzin Baş katibi Rövşən Muradov iştirak ediblər.