Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, ÜST və “Peoples Vaccine Alliance” birgə sosial layihələrini davam etdirməkdədir (VİDEO)

Dünya əhalisinin 283 milyonuna öz təsirini göstərmiş və 6 milyonun ölümünə səbəb olmuş COVİD-19 və ümumvaksinasiyanın əhəmiyyəti ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) və “Peoples Vaccine Alliance” birgə sosial layihələrini davam etdirməkdədir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həmsədri Dr. İsmayıl Seragəldin, Bolqarıstanın sabiq Prezidentləri Rozen Plevneliev və Petar Stoyanov, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, sabiq Baş Naziri Zlatko Lagumdziya, Ukraynanın sabiq birinci xanımı Kateryna Yuşşenko, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Moldovanın sabiq Baş naziri Kiril Qaburici, Mavritaniyanın sabiq Prezidenti Ameenah Qurib Fakim və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi videolayihədə bütün insanları vaksin olunmağa çağırır.

Teqlər: