Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri VIII Global Bakı Forumunun nəticələrinin və gələcək əməkdaşlığın müzakirəsi üçün Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən qəbul olunub.

Görüş zamanı VIII Global Bakı Forumunda elan olunan 22-ci Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunub və Mərkəzin ÜST ilə əməkdaşlığ prespektivləri və əməkdaşlıq memorandumunun imzalanması razılaşdırılıb.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvləri Mladen İvaniç, Bosniya və Herzeqovinanın sabiq Prezidenti, Valdis Zatlers, Latviyanın sabiq Prezidenti, İvo Josipovic, Xorvatiyanın sabiq Prezidenti, Zlatko Lagumdzija, Bosniya və Herzeqovinanın sabiq Baş naziri, İgor Luksiç, Monteneqronun sabiq Baş Naziri, Petre Roman, Rumıniyanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Baş Katibin müavini İlahə İbrahimli və əməkdaşı Asim Şahsuvarlı iştirak ediblər.

Teqlər: