Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlıqları çərcivəsində peyvənd bərabərliyi, eləcə də uzunmüddətli perspektiv üçün dünya səhiyyə idarəçiliyi və ümumbəşəri səhiyyə xidmətinin təmin olunması üçün sosial layihə keçirir.
Mərkəzdən AzerTimes-a verilən məlumata görə, layihəyə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq prezidenti Vaira Vike-Freyberga, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, eyni zamanda Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Latviya, Moldova, Monteneqro, Xorvatiyanın sabiq dövlət və hökümət başçıları qoşulublar.