Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynadakı vəziyyətlə bağlı beynəlxalq konfrans təşkil edir

Ukraynanı bürüyən münaqişənin kəskinləşməsi, Ukrayna
universitetlərinə və digər təhsil müəssisələrinə qarşı davam edən
hücumları və Rumıniyaya sığınan ukraynalı şagirdlərin, tələbələrin
və təhsil işçilərinin sayının artmasını nəzərə alaraq, Levant
Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynada müharibənin yaratdığı mənəvi
və humanitar böhran şəraitində akademik mühitin həmrəyliyini
müzakirə etmək üçün təcili beynəlxalq konfrans təşkil edir.

Mərkəzdən AzerTimes-a verilən məlumata görə, hibrid tədbir bu gün
Şərqi Avropa vaxtı ilə saat 16:00-da baş tutacaq.

Konfransda Bosniya və Herseqovina sabiq Baş Naziri və Baş Nazir
müavini professor Zlatko Laqumdzijanın (Sarayevo Universiteti),
Gürcüstanın sabiq baş naziri, sabiq Xarici İşlər naziri, insan
hüquqları üzrə ixtisaslaşmış tanınmış hüquqşünas Eka Tkeşelaşvili,
“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov,
Rumınyanın sabiq Prezidenti professor Emil Konstantineskunun, Milli
Siyasi Araşdırmalar və Dövlət İdarəçiliyi Universitetinin rektoru
Remusun Pricopie, Rumınyanın sabiq Baş naziri, sabiq Parlamenti
Spikeri Petre Roman canlı olaraq, o cümlədən Bolqarıstanın sabiq
prezidenti Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo
Yosipoviç, Dünya Elmlər Akademiyasının Prezidenti Qarri Jacobs
iştirak edəcəklər.

Konfransda həmçinin həm universitet, həm də universitetə
​​qədərki səviyyələrdə ukraynalı qaçqınların Rumıniyanın təhsil
sistemlərinə inteqrasiyası istiqamətində milli səviyyədə həyata
keçirilən tədbirlər haqqında məlumat xarakterli hesabat təqdim
olunacaq.

Tədbirin sonuna yaxın iştirakçılar Ukraynadakı müharibədən ciddi
şəkildə zərər çəkmiş təhsil və elmi tədqiqatları dəstəkləmək
məqsədi ilə Avropa və Ukrayna akademik qurumları arasında
əməkdaşlığın artırılması üçün müraciət edəcək və müharibənin
təsirindən ziyan görmüş qaçqın mərkəzlərinə səfər edəcəklər.

Toplantı Dünya İncəsənət və Elm Akademiyası; “Nizami Gəncəvi”
Beynəlxalq Mərkəzi; Buxarestdəki Milli Siyasi Elmlər və Dövlət
İdarəçilik Universiteti və Levant Mədəniyyəti və Sivilizasiyasının
Təkmilləşdirmə İnstitutu ilə birgə təşkil olunur.

Bununla yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri
Rumınya Prezidenti və Baş Nazirinin xüsusi nümayəndləri ilə
görüşlər təşkil edəcəklər.

Teqlər: