Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Türkiyədə bir sıra görüşlər keçirir (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi VIII Qlobal Bakı Forumu və Nizami Gəncəvinin 880-illiyi çərcivəsində Türkiyədə bir sıra görüşlər keçirməkdədir.

Mərkəzdən AzerTimes-a bildirilib ki, Türkiyənin paytaxtı Ankara şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş-katibi Rövşən Muradov və Baş-katibliyin əməkdaşı Asim Şahsuvarlı Türkiyənın sabiq Baş Naziri və Türkiyyə Böyük Millət Məclisinin sabiq Sədri cənab Binəli Yıldırımla görüş keçirib. Görüş zamanı Mərkəzin üzvlüyünə xüsusi dəvət məktubu və Nizami Gəncəvi 880 illiyinə həsr olunmuş xüsusi döş nişanı təqdim olunub.

Bununla yanaşı Ankara Dövlər Universitetinin rektoru Dr. Necdet Unuvar, Türkiyyə Milli Kitabxanasının Direktoru Dr. Ali Odabaşla görüşlər təşkil olunub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə əməkdaşlıq prespektivləri, Nizami Gəncəvi irsinin təbliğ olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Teqlər: