Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Şimali Makedoniyada görüşlər
keçirir.
AzerTimes-ın məlumatına görə, səfər çərcivəsində Şimali Makedoniya
Respublikasının Prezidenti cənab Stevo Pendarovski Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu və Mərkəzin xüsusi
tədbirlər üzrə meneceri Toğrul Əkbərlini qəbul etmişdir.
Görüş zamanı Prezidenti Stevo Pendarovskiyə Mərkəzin Avropa
Təhlükəsizliyi, Qərbi Balkanların inteqrasiyası, Bir Kəmər Bir Yol
layihəsi, o cümlədən qarşıda gələn IX Qlobal Bakı Forumu haqqında
məlumat verilmişdir.
Mərkəzin Ümumdünya Səhiyyə Təşkiları, BMT-nın Sivilizasiyalar
Alyansı və UNAİDS programı ilə birgə keçirdiyi layihələr, o
cümlədən hal-hazırda baş verən konfliktlə bağlı dünyanın 35
ölkəsindən 20 sabiq Prezidentin, 14 sabiq Baş Nazirin, 10 sabiq
Xarici İşlər Nazirlərinin imzaladığı sülh müzakirələrinə başlamaq
çağırışı təqdim olunmuşdur.
Şimali Makedoniyanın Prezidenti cənab Stevo Pendarovskiyə Nizami
Gəncəvinin 880 illiyinə həsr olunan “Qələmin Sehri” kitabının
xüsusi nəşri təqdim olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi
Rövşən Muradov səfər çərçivəsində Şimali Makedoniyanın sabiq
Prezidenti və Mərkəzin üzvü Gjorge İvanov və Branko Crvenkovski
ilədə görüşlər keçirilmişdir.