Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Gənc Liderlər Forumu 2021-i təşkil edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) 6-10 sentyabr 2021-ci il tarixində Qlobal Gənc Liderlər Forumu (GYLF) 2021-i təşkil edəcək.

AzerTimes-ın məlumatına görə, Qlobal Gənc Liderlər Forumu dünyanın yeni inkişaf etməkdə olan liderlərini bir araya gətirərək aktual qlobal problemləri müzakirə etmək məqsədi daşıyır. Forumda NGBM-in üzvləri olan görkəmli liderlər- NGBM-in həmsədri, Latvianın Prezidenti (1999-2007) Vaira Vike-Freyberqa, NGBM-in həmsədri, Dünya Bankının birinci Vitse-Prezidenti (1992-2000) İsmail Serageldin, BMT-in Baş Katibinin DİM üzrə xüsusi nümayəndəsi Cefrey Saks, Robert F. Kennedy İnsan Hüquqlarının Prezidenti Kerri Kennedi, Bolqarıstan Prezidenti (2012-2017) Rozen Plevneliev, Mavritaniyanın Prezidenti (2015-2018) Aminah Qurib-Fakim, NGBM-in Gənc Liderlər Proqramının kuratoru, Ukraynanın birinci xanımı (2005-2010) Katerina Yuşçenko məruzəçi qismində çıxış edəcəklər.

Forum dünyanın ən nüfuzlu təqaüd proqramlarını qazanmış, cəmiyyətimizə müsbət təsirlər göstərmək üçün böyük potensiala sahib olan və qabaqcıl sahələrdə özlərini sınamış təxminən 30-40 müxtəlif gənc liderin bənzərsiz bir toplantısıdır. Proqramın məqsədi dünyanın ən rəqabətli və seçmə təqaüdlərindən iki-üç nümayəndə, uğurlu gənc mütəxəssislər və sahibkarları dəvət etməkdir. Qarşılıqlı əlaqəli bir dünyada, digər qlobal alimlər və gənc liderlərlə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq, əlaqələri gücləndirmək və insanların rifah halını yaxşılaşdırmağa kömək etmək üçün bir-birimizlə əməkdaşlıq etmək üçün güclü bir platforma yaratmalıyıq.


Forumun nəticəsi olaraq gənc liderlər sertifikatla təmin olunacaq və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri daha uğurlu hesab etdikləri Gənc Liderləri VIII Qlobal Bakı Forumunda panelist kimi iştirak etmələrinə öz tövhələrini verəcəklər.

Teqlər: