Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qərbi Balkan regionunda vəziyyətlə bağlı vebkonfrans keçirir – Canlı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümumi Dəyərlər Fondu və ABŞ-ın Xarici siyasət üzrə milli komitəsi ilə birgə “Qərbi Balkanda vəziyyətin qiymətləndirilməsi: irəliyə yol” adlı veb-konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransda Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Xarici siyasət üzrə milli komitənin prezidenti və baş icraçı direktoru Syuzan Elliott, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Bosniya və Herseqovinanın Rəyasət heyətinin üzvü Şefik Caferoviç çıxış edəcək.

COVID-19 pandemiyasının səbəb olduğu qeyri-müəyyənlik fonunda və xarici subyektlərin Qərbi Balkan ölkələrinin daxili işlərinə müdaxiləsi şəraitində indi regionun gələcək inkişaf yollarının təkrar nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün uyğun məqamdır.

Tədbir zamanı ekspertlər və bosniyalı sabiq rəsmilər Qərbi Balkan regionundakı məsələləri müzakirə edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: