Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatı birgə işçi qrupu yaradır.
Mərkəzdən AzerTimes-a verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyseus ilə keçirdiyi görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Peoples Vaccine Allience qrupundakı rolu, o cümlədən mərkəzin üzvlərinin ÜST-ün COVID-19 peyvənd bərabərsizliyinin əsas səbəbləri, pandemiyaya son qoyma və az gəlirli ölkələrin vaksinlə təmin olunmasının gücləndirməsi yolu haqqında müzakirələr aparılıb:
“Xüsusi olaraq Azərbaycanın ÜST-ə COVID-19 ilə mübarizə üçün göstərdiyi dəstək qeyd olunub.
O cümlədən ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyseus təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COVID-19 üzrə işçi qrupun yaradılması razılaşdırılıb”.