Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstanda görüşlər keçirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi VIII Global Bakı Forumu ilə əlaqədar Bolqarıstanın Vitse-Prezidenti xanım İliana İotova ilə görüş keçirib.

Mərkəzdən AzerTimes-a bildirilib ki, Mərkəzin Baş Katibi xanım İliana İotovaya forumun gündəliyi, iştirak edəcək qonaqlarla bağlı məlumat verilib, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT çərcivəsində, eləcə də Sülh və Təhlükəsizlik mövzusunda təşkil etdiyi layihələr müzakirə edilib.


Teqlər: