Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin AİDS proqramı ilə COVİD-19 pandemiyası üzrə birgə fəaliyyət göstərəcək (FOTO)

BMT-nın Baş Katibinin müavini, BMT AİDS proqramının İcracı Direktoru xanım Vinnie Byanyima Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini təşkilatın baş ofisində qarşılayaraq görülən işlər və Mərkəzlə daha sık fəaliyyətin qurulması üçün birgə koordinasiya qrupunun yaradılmasını müzakirə edib.

AzerTimes-ın məlumatına görə, BMT Baş Katibinin müavini xanım Vinnie Byanyima COVİD-19 dövründə Mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurgulayıb.

Mərkəzin üzvləri: Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Ukraynanın sabiq Birinci xanımı Kateryna Yuşşenko, Gürcüstanın sabiq Baş Nazir müavini Eka Tekalaşvili, Bolqarıstanın sabiq Prezidentləri Rozen Plevneliyev və Petar Stoyanov, Bosniya və Herzeqovinanın sabiq Baş Naziri Zlatko Lagumdziya, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçall, Moldovanın sabiq Baş Naziri Kiril Qaburiçi, Mərkəzin Baş Katibi Rövşən Muradov, Baş Katibin müavini İlahə İbrahimli, Mərkəzin Qlobal Bakı Forumu koordinasiya üzrə əməkdaşları Toğrul Əkbərli və Asim Şahsuvarlınında iştirak etdiyi toplantıda VIII Qlobal Bakı Forumuna hazırlıq prosesini müzakirə ediblər.

Teqlər: