Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın düşüncə mərkəzləri ilə əməkdaşlığı genişləndirir (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın düşüncə mərkəzləri ilə əməkdaşlığını genişləndirməkdədir.

AzerTimes-ın məlumatına görə, mərkəzin üzvü, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç və Mərkəzin Baş Katibi Rövşən Muradov ABŞ-nın Demokratlar Partiyasının 1988-ci il Prezidentliyə namizədi, Massaçusets ştatının ən uzun müddətli qubernatoru (1975-1991) tərəfindən təsis olunan Boston Global Forumu ilə birgə Süni İntellektin siyasətə və cəmiyyətə göstərdiyi təsir mövzusunda toplantı keçirmişdir.

O cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq VIII Global Bakı Forumu təqdim olunmuşdur.

Boston Qlobal Forumu VIII Qlobal Bakı Forumunda təmsil olunaraq Mərkəzlə birgə çap etdiyi süni intelekt mövzusuna həsr olunmuş analitik kitabı təqdim olunacaqdır.

Teqlər: