Şəxsi araşdırmama və müşahidəmə əsaslanaraq, ortaya qoyulan sualı cavablandırmağı özümə borc bildim.
Bir baş redaktor olaraq, öncədən onu da qeyd edim ki, tam bitərəfəm və adıçəkilən şəxslə heç bir əlaqəm, çıxarım və digər mənfəətlərim yoxdur.
Kəmaləddin Fəttah oğlu Heydərov uzun illərdir ki, Azərbaycan Respublikasında müxtəlif dövlət orqanlarının rəhbər vəzifələrində xidmət edib, etməkdədir.
Şəxs barəsində digər fərdi məlumatların verilməsinə lüzum yoxdur.
Lakin, ortalığa çıxan əsas sual – “Niyə məhz çoxluq təşkil edən həmdaşlarımız cənab Kəmaləddin Heydərovun adı çəkiləndə ondan razılığını bildirir və el dili ilə desək atasına rəhmət oxuyur ?”
Bu suala atalar sözləri ilə də cavab vermək olar: “Elin sözü — sözün düzü”, “Elin gözü sərraf olar”, “Elin səsi — haqq səsidi”, “Elin tərəzisi yoxdur” və sair Azərbaycan şifahi xalq ədəbiyyatından misal çəkmək kifayətdir.
Müşahidələrimə əsasən, cənab Heydarovun övladlarının biznes məkanlarında bilavasitə və ya birbaşa çalışan şəxslərdən, sıravi vətəndaşlardan, nazirlik əməkdaşlarından tutmuş hər kəs “Kamal müəllim” adı çəkildikdə səmimi razılığını bildirirlər və hər kəs ona dua edir.
Böyük güc – böyük məsuliyyətdir. Çoxları isə böyük güc əldə etdikdə öz sadəliyini qoruyub saxlaya bilmir və ya heç sadə birisi olmur.
Dövlət məmurları haqqında xalqın fikirləri aydındır və hər kəs də bunu gözəl bilir. Belə bir ampulada öz ad-sanını qorumaq üstəlik “atana rəhmət” sözünü qazanmaq da çətin məsələdir.
Məqaləni yazmaq məqsədi həmişə tənqid olunanların heç olmasa da bir dəfə haqqına doğru söz deyilməsini məqbul görmək oldu.
Düzə – düz, əyriyə – əyri deyərlər.
Eşitdiklərimi, müşahidə etdiklərimi, gördüklərimi topladıqda isə elə mən də demək istəyirəm: “Allah atanıza rəhmət eləsin, Kəmaləddin bəy!”.