Niqeriya məscidində terror aktı

Niqeriya məscidində terror aktı

Niqeriyanın Niqer əyalətində məscidə hücum olub.

Niqeriya polisinin verdiyi məlumata əsasən hücum nəticəsində ən azı 20 nəfər ölüb. Hələ ki, məscidə hücum edənlərin şəxsiyyətinin müəyyən etmək mümkün olmayıb.

Bölgədə otlaqlar üstündə yerli kəndli fermerlər ilə köçəri çobanlar arasında toqquşmalar baş verir. Son hücumda da Fulani çobanlarının əlinin olduğu güman edilir.

Qeyd edək ki, son iki ildə ölkənin şimal-şərqində çobanlar ilə fermerlər arasında baş verən toqquşmalar nəticəsində 400-dən çox adam həyatını itirib.