ABŞ-ın keçmiş prezidenti Riçard Nikson 1994-cü ildə o vaxtkı prezident Bill Klintona yazdığı məktubda Ukraynadakı münaqişəni qabaqcadan görürdü.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” yazıb.
“Ukraynada vəziyyət son dərəcə təhlükəlidir. Nəzarətdən çıxsa, o zaman Bosniyada vəziyyət bunun yanında uşaq söhbəti kimi görünəcək. Amerikalı diplomatlar Ukrayna məsələsinə kifayət qədər diqqət yetirməyiblər. Ukraynanın fövqəladə əhəmiyyətini nəzərə alaraq, mən dərhal Kiyevdəki diplomatik mövcudluğumuzu gücləndirməyi xahiş edirəm”, – nəşrin yaydığı məktubda qeyd olunub.
7 səhifədən ibarət məktubu Nikson Rusiya və Ukraynaya iki həftəlik səfərindən sonra yazıb. Məktub 30 ilə yaxın gizli qalıb.