Nikolyanın kabinetində 10 Azərbaycan bayrağı var

Nikolyanın kabinetində 10 Azərbaycan bayrağı var

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması mənasız hərəkət idi. Aram Nikolyanın kabinetində 10 ədəd Azərbaycan bayrağı var, amma açılış mərasimində nə isə etməyə çalışır. Bu, utanvericidir.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ağır atletika komandasının baş məşqçisi Paşik Alaverdiyan deyib.

“Növbəti il bu yarışma üçün Antalyaya gedəcəyik, bizə qarşı münasibətin necə olacağını təsəvvür edirsiniz. Tiqran Martirosyan Antalyada dünya çempionu olanda bayrağımızı dalğalandırıb “Ha-yas-tan” deyə qışqırırdıq, amma bizə heç kim heç nə demirdi. Ona görə də bayraq yandırılması tamamilə mənasız davranış idi”, – o qeyd edib.

P.Alaverdiyan bu gedişlə 2024-cü ildə ağır atletika üzrə dünya çempionatının İrəvanda keçirilməsi məsələsinin sual altına düşdüyünü bildirib.

Teqlər: