İrəvanın Avropa Şurasının “Maqnitski siyahısı”nın uzadılması ilə bağlı qərarını dəstəkləməsi fonunda bir daha sual vermək lazımdır: Paşinyan məhz belə “geosiyasi ata” yatırım edib?
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Paşinyanın şəxsi taleyi Ermənistan əhalisini daha az narahat etməlidir. Lakin onun geosiyasi səhvləri Ermənistan əhalisinə baha başa gələ bilər”, – o bildirib.
Qeyd edək ki, AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan AB Şurasının Avropa Maqnitski Siyahısını – Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub.