Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Kiyevə səfərini qınayıb.
AzerTimes xəbər verir ki, Qaluzin bunu RBK-ya müsahibəsində deyib.
“Anna Akopyanın Kiyevə səfəri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü, eləcə də Ermənistan parlamentinin sədri Alen Simonyanın ukraynalı həmkarı Ruslan Stefançukla görüşü nümayişkaranə addımlardır. Son zamanlar İrəvan tez-tez Avropadan müxtəlif qonaqlar qəbul edir, onlar da İrəvandan müxtəlif antirusiya bəyanatları üçün platforma kimi istifadə edirdilər”, – Qaluzin bildirib.