Nikolun təxribatda məkrli hədəfi: dördlü görüşə zərbə

Nikolun təxribatda məkrli hədəfi: dördlü görüşə zərbə

Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putinin avqustun 5-dəki görüşü öncəsi də Ermənistan sərhədlərimizdə təxribat törədərək, bir əsgərimizi şəhid etmişdi və buna cavab olaraq, Azərbaycanın keçirdiyi əks-əməliyyat tədbirləri Laçından ermənilərin çıxarılmasıyla nəticələndi.

Ermənistanın bugünkü təxribatları da Putinlə Ərdoğanın yeni görüşünə – Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitinə hesablanıb.

Yayılan məlumatlara görə, həmin sammitə Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyan da qatılacaq, hətta Putin-Ərdoğan-Əliyev-Paşinyan arasında dördlü bir görüş də keçiriləcək.

Belə görünür ki, bu dördlü görüşdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və Azərbaycanla sülhə məcbur ediləcəyindən ehtiyatlanan Paşinyan hakimiyyəti sərhədlərimizdə genişmiqyaslı təxribatlar törətməklə, müharibənin hələ bitmədiyi görüntüsü yaratmağa və ya belə bir görüşün təşkilindən yayınmağa çalışır.

Əminəm ki, ilk növbədə Azərbaycan Silahlı Qüvvələri bu dəfə də erməni təxribatçılarına gərəkli cavabı verərək, Paşinyanın sülhə məcbur edilməsi istiqamətində daha bir qətiyyətli addım atacaqlar.

Teqlər: