Nikolun şok planı: 17 martda hücum… – Təcili

Nikolun şok planı: 17 martda hücum… – Təcili

Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Ermənistanın Qərbə doğru geosiyasi dönüşü ehtimalıdır. Bunun da ilk “çiçəyi” Rusiya sərhədçilərinin 2024-cü il sentyabrın 1-dən “Zvartnots” aeroportundan çıxarılması ilə bağlı rəsmi İrəvanın Moskvaya ünvanladığı məktub olub. İkincisi isə Paşinyanın son mətbuat konfransında KTMT-dən çıxmaq və ya qalmaqla bağlı şərtləridir.

AzerTimes xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

“Ötən ilin ortalarından KTMT-dən çıxıb-çıxmamaqla bağlı hakimiyyət daxilində kifayət qədər qızğın müzakirələr gedib. Güc dairələrində çoxları bundan narahatdır və belə bir qərarın nəticələrini gözlənilməz hesab edir. Məlumatlı mənbəmizin dediyinə görə, Rusiyada prezident seçkisi günü KTMT-dən çıxma elanının veriləcəyi variantı kifayət qədər ciddi müzakirə olunub. Müvafiq olaraq, “səbəb” sərhəddə “gözlənilməz” gərginlik ola bilər, bunun fonunda Paşinyan KTMT-dən çıxdığını canlı elan edəcək. Bu variant ciddi müzakirə olunub, hakimiyyətin Qərb qanadı Avropa mediasının müvafiq informasiya dəstəyi ilə yenidən prezident seçilməsi ilə əlaqədar bunun Putinə yaxşı “hədiyyə” olacağına inanır”, – məlumatda deyilir.

Qeyd edək ki, Paşinyanın Rusiyaya qarşı daxili narazılığı körükləmək və bəhanə əldə etmək üçün sərhəddə insident yarada biləcəyi ehtimalı haqda uzun müddətdir müzakirələr gedirdi. Erməni mediasının bu xəbəri də belə bir variantın Ermənistanda müzakirə edildiyini təsdiqləyir.

Teqlər: