Nikolun “sərhəddə müşahidəçi” hiyləsi – Korotçenko ifşa etdi

Nikolun “sərhəddə müşahidəçi” hiyləsi – Korotçenko ifşa etdi

Rusiyanın tanınmış politoloqu İqor Korotçenko Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifini şərh edib.

AzerTimes xəbər verir ki, Korotçenkonun sözlərinə əsasən, Ermənistan bununla Azərbaycanla sərhədin delimitasiyasını və demarkasiyasını pozmağa çalışır.

“Bu gün Azərbaycanla Ermənistan arasında dəqiq sərhəd yoxdur, sadəcə olaraq, təmas xətti var. Beynəlxalq müşahidəçilərin regiona gəlməsi ilə İrəvan mövcud status-kvonu, yəni Azərbaycan ərazisinin bir sıra hissələrinin Ermənistan tərəfindən davam edən işğalını qorumaq istəyir”, – deyə o qeyd edib.

Teqlər: