Nikolun partiyası Bakını müzakirəyə imkan vermədi

Nikolun partiyası Bakını müzakirəyə imkan vermədi

Ermənistanın hakim “Mülki müqavilə” partiyası bu gün sonuncu dəfə parlamentin növbədənkənar iclasının baş tutmasına imkan verməyib.

AzerTimes xəbər verir ki, növbədənkənar iclasa hakim partiyanın deputatlarından yalnız parlament sədri Alen Simonyan qatılıb. Beləliklə, müxalifət 4 saat parlamentdə gözləyəndən sonra iclas ləğv edilib.

Qeyd edək ki, “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları parlamentin növbədənkənar iclasını çağıraraq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə əlaqələrinin hazırkı durumu ilə bağlı hesabat tələb edib. Həmçinin Qarabağın Azərbaycanın ərazi bütövlüyü daxilində tanınacağı ilə bağlı hakimiyyətin qəti təkzib verməsini istəyib. Qanunvericiliyə görə, müxalifət partiyalarının parlamentin iclasını çağırmaq üçün deputat sayı kifayət qədərdir. Ancaq yetərsay olması və iclasın baş tutması üçün mütləq hakim partiya deputatlarına ehtiyac var.

Hakim partiyadan deputatlar qatılmadığı üçün yetərsay alınmayıb və iclas ləğv olunub.

Parlamentdə qeyd-şərtsiz çoxluğa malik olan “Mülki müqavilə” fraksiyası belə bir iclasın keçirilməsinə imkan verməyəcəyini əvvəlcədən elan etmişdi.

Teqlər: