Nikolun Münhenə getdiyi gün sərhəddə atəş…

Nikolun Münhenə getdiyi gün sərhəddə atəş…

Ermənistanın sərhədin Basarkeçər-Daşkəsən istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutması iki hədəfə hesablanıb:

Birincisi, bu, Paşinyanın Münhen səfəri ilə bağlıdır: erməni baş nazirin Münhen Təhlükəsizlik Konfransında sərhədlə bağlı “güzgü prinsipi”ni gündəmə gətirəcəyi gözləniləndir və sərhəddə atəşkəsin pozulması onun “təhlükənin reallığını” göstərə bilməsinə hesablanıb;

İkincisi, atəşin məhz Basarkeçərdən açılması erməni əhalisinin etirazlarından qaynaqlandığını deyə bilərik: Ermənistan hakimiyyətinin Basarkeçər də daxil olmaqla, sərhəddə bir sıra dövlət qurumlarının bağlanması qərarından sonra yerli əhali bu ərazilərin Azərbaycana təhvil veriləcəyi haqda fikirlər səsləndirir; Nikol son çıxışında bu iddialara qarşı çıxdı və bu istiqamətdə atəş açılması “ərazilərin təhvil verilməyəcəyi” fikrini ispatlamağa hesablana bilər.

Teqlər: