Nikolun layihəsinə pulu Bakı verəcək, deməli… – Xaçikyan

Nikolun layihəsinə pulu Bakı verəcək, deməli… – Xaçikyan

Ermənistan hakimiyyətinin elan etdiyi “Dünyanın kəsişməsi” layihəsi Türkiyə və Azərbaycan, eləcə də bütün türk dünyası üçün çox önəmlidir. Və layihə reallaşarsa, bu kommunikasiyalar tədricən Ankara və Bakının nəzarətinə keçəcək.

AzerTimes xəbər verir ki, belə bir iddia ilə politoloq, Stenford Universitetinin doktoru Artur Xaçikyan çıxış edib.

Xaçikyanın fikrincə, Ermənistan rəhbərliyinin “gözəl bəyanatları”nın əksinə olaraq, söhbət hansısa qarşılıqlı faydalı əməkdaşlıqdan yox, çox yaxında Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək strateji kommunikasiyalardan gedir:

“Türkiyə və Azərbaycan bu kommunikasiyaları bizə buraxmayacaq. Ora külli miqdarda investisiya, pullar qoyulacaq – əlbəttə ki, erməni yox, böyük ehtimalla, türk vəsaiti. Bu sərmayələr reallaşandan sonra bütün bunlar tədricən Ermənistanın əlindən alınacaq. Bunun ardınca Ermənistan İranla birbaşa əlaqəni itirəcək. Anlamalıyıq ki, Ankara və Bakı özlərini kompromis istəyən tərəfdaşlar kimi aparmırlar. Əgər onlar Qarabağdan erməni əhalisini təmizləyə bilirlərsə, Ermənistanın cənub bölgəsini niyə də almasınlar? Və dünya onda susacaq – necə ki indi susur”.

Xaçikyan hesab edir ki, Ermənistan rəhbərliyinin regionda dinc inkişafla bağlı yanaşması kökündən səhvdir:

“Uzunmüddətli sülh sonsuz güzəştlər, bacarıqsız idarəetmə və müharibədə məğlubiyyətlə əldə edilmir. Hazırda bu sülh deyil, yeni məğlubiyyətə aparan kapitulyasiyadır. Hamı Azərbaycan və Türkiyə ilə sülh, iqtisadi cəhətdən qarşılıqlı faydalı münasibətlər istəyir, lakin bu, bütöv bir xalqın məhvi və Ermənistanın təslim olması bahasına edilmir. Sülh müəyyən qüvvələr balansı, səriştəli rəhbərlik, eləcə də əsas aktorlarla balanslaşdırılmış münasibətlərlə bərqərar olur”.

Teqlər: