Nikolun “hərbi çevriliş” xofu: Putin şantaj edilir…

Nikolun “hərbi çevriliş” xofu: Putin şantaj edilir…

Arman Babacanyan Ermənistanda qərbyönümlü siyasətçi kimi tanınır. O, Paşinyanın qurduğu bütün təşkilatların ən azı məşvərət məclisinin üzvü olub və ayda bir dəfə baş nazirlə görüşür. Ermənistan baş naziri müəyyən mesajların verilməsi üçün Babacanyan kimi özünə yaxın şəxslərdən istifadə edir. Fikrimcə, keçmiş deputatın son açıqlaması növbəti belə həmlədir.

Bu sözləri AzerTimes-a Arman Babacanyanın Qərblə yaxınlaşma xəttinə görə Rusiyanın Ermənistana daxildən zərbə vurma ehtimalı haqqında açıqlaması haqqında danışan politoloq Fərhad Məmmədov deyib.

Politoloq bildirib ki, Ermənistanda Paşinyanın xüsusilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan və təşkilatın cari il ərzində keçirəcəyi hərbi təlimlərə ev sahibliyindən imtina etməsi fonunda belə bir qorxu formalaşıb:

“Belə bir iddia var ki, artıq ölkədə ruspərəst siyasi qüvvələrin hakimiyyətə gəlmək üçün kifayət qədər gücü yoxdur, ona görə rəsmi Moskva hərbi müdaxilə yolu ilə İrəvanda hakimiyyət çevrilişi edə bilər. Mediada çox dilə gətirilməsə də, Paşinyanın KTMT-nin təlimlərindən imtinasının səbəblərindən biri kimi bu da göstərilir. Yəni Ermənistan Rusiyanın KTMT təlimləri bəhanəsi ilə ora göndərəcəyi qoşunu çıxartmaqdan imtina etmək və son nəticədə hakimiyyət çevrilişini gerçəkləşdirmək planının olmasından ehtiyat edir.

Arman Babacanyanın son açıqlamasını isə Paşinyanın Rusiya ilə münasibətlərdə son dövrdə istifadə etdiyi növbəti şantaj cəhdi kimi qiymətləndirmək mümkündür. Prosesin gedişatı Rusiyanın əvvəlki dövrlərdə olduğu kimi Ermənistan siyasətinə birbaşa müdaxilə imkanlarının çox zəiflədiyini, məhdudlaşdığını göstərir”.

Teqlər: