Brüsseldə Nikol Paşinyanla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer arasında görüş başlayıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.
Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, İrəvanın Vaşinqtondakı səfiri Lilit Makunts, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin, USAİD-in milli təhlükəsizlik üzrə direktoru Kolin Tomas Jensen və Ermənistandakı missiyasının rəhbəri Con Alelo iştirak edir.
Görüşdə əsas müzakirə mövzuları təşkilatın proqramlarının Ermənistanda həyata keçirilməsi, xüsusən də Qarabağdan öz istəyi ilə köçənlərə yardım (USAID onları “məcburi köçkün” adlandırır – red.), demokratiyanın inkişafına yönəlmiş proqramların həyata keçirilməsi ilə bağlı məsələlərdir.