Nikolun bəyanatı imzalamamasına Putinin reaksiyası

Nikolun bəyanatı imzalamamasına Putinin reaksiyası

Nadir hallarda bütün məsələlərdə razılığa gəlmək olur.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT-nin sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi ikitərəfli görüşdə deyib.

Buna baxmayaraq, Putin ümumilikdə Ermənistanın çox faydalı və intensiv iş gördüyünü bildirib.

Qeyd edək ki, 23 noyabrda KTMT KTŞ-nın liderlər çərçivəsində keçirilən toplantısında Nikol Paşinyan “KTMT KTŞ-nın bəyanatı” və “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. Paşinyan bildirib ki, sənədlər kifayət qədər işlənməyib və bu formada onları imzalamağa hazır deyil.

Teqlər: