Ermənistanın Baş naziri Nikol Paşinyanın başına alma atmaqda şübhəli bilinən 71 yaşlı Albert Arustamyanın işi üzrə bugünkü məhkəmə iclası təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan öz sosial şəbəkə səhifəsində yazıb.
Növbəti məhkəmə iclası noyabrın 12-də olacaq.
Qeyd edək ki, avqust ayında Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkərkən Albert Arustamyan onun başına binadakı mənzilindən alma atmışdı. Arustamyan Qarabağdan köçən ermənidir.